<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>430</hymn_number>
<lyrics>[V1]
 Gəldim hüzuruna göz yaşlarıyla,
 Söylədim sözlərimi könül ahlarıyla.
 Çağırdım: «Uca Tanrım, mənə rəhm et,
 Səndən gələn sakitliyi, qəlbimə bəxş et.»

[C1]
   Doldur qəlbimi Müqəddəs Ruhun gücüylə Sən,
   Zənginləşdir daxilimi sonsuz sevgi ilə.
   Kömək et, sözlərinlə mən nəfəs alım,
   Bəxş etdiyin həyatda mən Səndə qalım.

[V2]
 Müqəddəs dərgahına hazırla məni,
 Yolunda yıxılmamaqçün tut əllərimi.
 Apar ardınca o Müqəddəs, saf Ölkəyə,
 Çağır məni daim, daim müqəddəsliyə.

[C2]
   Qoy layiq olum Göydəki Padşahlığına,
   Hazır olum mən dünyanın son saatına.
   Girim mən dərgahına hazır şagird tək,
   Bütün salehlərlə biz şadlıq edək.</lyrics>
<title>Gəldim hüzuruna göz yaşlarıyla İL430</title>
</song>